İki komanda Azərbaycan çempionatından kənarlaşdırıldı - Biri qıza görə

14 Dekabr 2023 08:50 İtaliya 1 806
İki komanda Azərbaycan çempionatından kənarlaşdırıldı - Biri qıza görə

AFFA İntizam Komitəsi aşağı yaş qruplarında çıxış edən iki komandanı yarışlardan kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, U-10 liqasında yer alan “Xətai” və U-11 liqasında mübarizə aparan “Qoşqar” mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya məruz qalıblar.

“Xətai” “Zirə” ilə görüşə təyin olunan vaxtda gəlməyib, Gəncə təmsilçisi “Qoşqar”ın isə “Gəncəvi” ilə qarşılaşmada heyətində yetərsay olmayıb.

Bundan başqa, daha iki komanda texniki məğlubiyyətlə üzləşib. U-10 Liqasında keçirilməli olan “Binə” - “Zəngəzur” oyununda ikincilərin heyətində yetərsay olmayıb.

Mövsümdə ikinci dəfə bu hal yaşandığından, “Zəngəzur”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının “Sumqayıt” – “Şəmkir” oyununda isə “Şəmkir” Əsasnamə qaydalarını pozaraq, protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş Aysel Ziyadovanı meydana buraxıb. Bu, “Şəmkir”in texniki məğlubiyyət alması ilə nəticələnib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı