Qalan bölümün təqvimi açıqlandı - İtaliya A Seriyasında

2 İyun 2020 11:06 İtaliya 416
Qalan bölümün təqvimi açıqlandı - İtaliya A Seriyasında

İtaliya A Seriyasında mövsümün qalan hissəsinin təqvimi dərc olunub.

Sportinfo.az xəbər verir ki, 20-21 iyunda XXV turdan təxirə salınmış qarşılaşmalar oynanılacaq.

Bu, bütün klubların bərabər sayda - hərəyə 26 görüş keçirmələri üçündür. XXVII turun oyunları 22 - 24 iyunda keçiriləcək. Çempionata avqustun 2-də yekun vurulacaq. A Seriyası martın 9-dan sonra koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.

20 iyun

20:30. "Torino" - "Parma"

22:45. "Verona" - "Kalyari"

21 iyun

20:30. "Atalanta" - "Sassuolo"

22:45. "İnter" - "Sampdoriya"

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı