"Yuventus" Pyaniç üçün "Barselona"dan Fatini istədi

31 May 2020 22:00 İtaliya 960
"Yuventus" Pyaniç üçün "Barselona"dan Fatini istədi

"Yuventus" yarımmüdafiəçisi Miralem Pyaniçi transfer etmək istəyən "Barselona"ya şərt qoyub.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi katalonların vingeri Ansu Fatinin anlaşmanın bir hissəsi olmasını istəyir.

Daha öncə İspaniya mətbuatında Qvineya-Bisau əsilli ispan futbolçunun "Barsa"da satılmayacağı qərar verilən altı futbolçudan biri olduğu yazılmışdı. 17 yaşlı futbolçu bu mövsüm 21 oyunda 4 qol vurub, 1 assist edib.

"Barselona" Miralem Pyaniçlə yarımmüdafiəçisi Artur Melonun dəyişdirilməsinə müsbət yanaşır.

30 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Roma"dan 35 milyon avro qarşılığında "qoca sinyora"ya keçib. Bosniyalı futbolçunun "Yuventus"la müqaviləsi 2023-cü ilin iyunun 30-dəkdir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i