Onu satmağa razılaşdı - FOTO

17 Mart 12:58 İtaliya 161
Onu satmağa razılaşdı - FOTO

“Napoli” Arkadiuş Miliklə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, Neapol klubu 26 yaşlı futbolçunu satmağa hazırdır.

Klub futbolçuyla yeni müqavilə imzalamaq istəsə də, tərəflər məvacib məsələsində razılığa gələ bilməyiblər. Futbolçunun yay transfer pəncərəsi dövründə komandadan ayrılması gözlənilir.

“Arsenal” və “Tottenhem”in maraq dairəsində olan Milik üçün “Napoli” 50 milyon avro tələb edir. “Napoli” ilə müqaviləsi 2021-ci ilin iyulunadək nəzərdə tutulan futbolçu, cari mövsümdə iştirak etdiyi 22 oyunda 12 qolla yadda qalıb.

Xəbər Lenti