"Atalanta" Turində 7 qolla şou göstərdi - VİDEO

26 Yanvar 2020 15:05 İtaliya 1 120
"Atalanta" Turində 7 qolla şou göstərdi - VİDEO

İtaliya A Seriyasında 21-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, hesabat turunda fantastik nəticə qeydə alınıb.

Turin səfərində "Torino"nun qonağı olan "Atalanta" rəqibin daşını daş üstdə qoymayıb. Avroliqaya vəsiqə iddiasında olan turinliləri meydana çıxmağa peşman edən Berqamo təmsilçisi səfərdə 7 cavabsız qol vurub.

Berqamolular cari mövsüm "Top-5" liqada ən çox qol vuran ikinci komandadır - 57. İtalyanlar aktivində 65 qol olan "Mançester Siti"dən geri qalırlar.

Digər Xəbərlər
Xəbər Lenti