"İnter"lə razılığa gəldi

14 Yanvar 2020 09:51 İtaliya 778
"İnter"lə razılığa gəldi

Mövsümün sonunda "Tottenhem"lə müqaviləsi başa çatacaq Kristian Eriksen "İnter"lə anlaşıb.

Sportinfo.az xəbər verir ki, danimarkalı futbolçu Milan təmsilçisinin 4 illik müqavilə təklifinə müsbət yanaşıb.

Onun illik maaşı 5,5 milyon avro olacaq. "İnter" bu keçid üçün 10 milyon avro təzminat ödəyəcək. "Tottenhem" ötən yay Madrid "Real"ının danimarkalı oyunçu üçün göndərdiyi 120 milyon avroluq təklifiin rədd etmişdi.

Eriksen bu mövsüm 23 oyuna 3 qol vurub, 3 assist edib. 27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda