“Yuventus"a keçməkdə maraqlı olduğu bildirilir - İtaliya millisinin forvardının

5 Aprel 15:20 İtaliya 453
“Yuventus"a keçməkdə maraqlı olduğu bildirilir - İtaliya millisinin forvardının

"Cenoa" və İtaliya millisinin forvardı Mateo Reteqi "Yuventus"a keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi Reteqini transferini bitirmək üzrədir.

24 yaşlı hücumçu bu mövsüm Genuya klubunun heyətində 25 matçda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Reteqinin özünün də "Yuventus"a keçməkdə maraqlı olduğu bildirilir. Mərkəz hücumçusu 2023-cü ildə "Cenoa"ya keçib və o, 2028-ci il iyulun 30-na qədər həmin kluba məxsusdur.

İtaliya millisinin üzvü “Boka Xuniors”, “Talyeres”, “Estudiantes”, “Tiqre” komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti