Milliyə baş məşqçi təyinatı sual altına düşdü - Rusiya şirkətinə görə

00:10 İtaliya 94
Milliyə baş məşqçi təyinatı sual altına düşdü - Rusiya şirkətinə görə

Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi postuna təyinatı “Fonbet” bukmeker şirkəti ilə əməkdaşlığı səbəbindən gecikə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası mütəxəssisin Rusiya şirkəti ilə reklam müqaviləsini araşdırır.

Pirlonun milliyə təyin olunacağı halda, bu əməkdaşlığa xitam veriləcəyi bildirilir.

Federasiyanın texniki direktoru Paolo Maldini və müşaviri Leonardo Pirlonu bu vəzifəyə əsas namizəd hesab edir. Lakin yekun qərarı İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo verəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!