"Hazırda ora yaxşı əhval-ruhiyyə ilə getmək mümkün deyil"

18 Aprel 18:40 İtaliya 729
"Hazırda ora yaxşı əhval-ruhiyyə ilə getmək mümkün deyil"

“Bayern”in və Almaniya millisinin sabiq qapıçısı Oliver Kan bu ilin yayında keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, ABŞ-də hazırda baş verən bəzi hadisələrin Almaniyanın dəyərləri ilə üst-üstə düşmədiyini bildirib:

“ABŞ-də hazırda bizim dəyərlərimizə uyğun olmayan çox şey baş verir. Buna bir nümunə İranla gedən müharibədir.

Amma Donald Trampın yenidən prezident seçilməsindən sonra etdiyi bütün şeyləri sadalamaq istəmirəm. Hazırda ora yaxşı əhval-ruhiyyə ilə getmək mümkün deyil”.

DÇ-2026 ABŞ, Meksika və Kanada olmaqla üç ölkədə keçiriləcək. 10 iyun-19 iyul tarixlərini əhatə edəcək mundiala 48 komanda qatılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?