“Qarabağ”ın rəqibi maraqlanır - İtaliyalı yarımmüdafiəçi ilə

18 Dekabr 2025 00:10 İtaliya 874
“Qarabağ”ın rəqibi maraqlanır - İtaliyalı yarımmüdafiəçi ilə

“İnter”in yarımmüdafiəçisi Davide Frattesi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya diqqət yetirən Premyer Liqanın dörd klubundan biri “Liverpul”dur.

Klublar hesab edirlər ki, Frattesinin “İnter”də hazırkı oyun praktikası vəziyyəti onun qış transfer pəncərəsi zamanı asanlıqla komandadan ayrılmasına şərait yaradacaq.

İtaliyalı futbolçu 2024-cü ilin yayında “İnter”ə qoşulub. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 13 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!