Yenidən baş məşqçi axtarışına çıxdılar - Ondan “YOX” cavabı aldılar

16 Dekabr 2025 18:20 İtaliya 913
Yenidən baş məşqçi axtarışına çıxdılar - Ondan “YOX” cavabı aldılar

“Fiorentina” yenidən baş məşqçi axtarışına çıxıb.

Komandanın hazırkı çalışdırıcısı Paolo Vanoli klubdakı cəmi bir aylıq fəaliyyətindən sonra postunu tərk etməyə yaxındır.

Rəhbərlik artıq mümkün əvəzləyici namizədlər üzərində düşünür.

Sportinfo.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, namizədlər arasında Tiaqo Motta yer alsa da, “Bolonya” və “Yuventus”un sabiq baş məşqçisi vəziyyəti dəyərləndirdikdən sonra “Fiorentina”nı çalışdırmaq təklifindən imtina edib.

Florensiya təmsilçisi cari mövsümdə hələ də A Seriyasında qələbə qazana bilməyib. Komanda son turda doğma meydanda “Verona”ya 1:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!