İki qardaş da eyni komandada forma geyinəcək?

10:00 İtaliya 179
İki qardaş da eyni komandada forma geyinəcək?

“Yuventus”un yarımmüdafiəçisi Kefren Türam yay transfer pəncərəsində “İnter”in əsas hədəflərindən birinə çevrilə bilər.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan klubu orta xətti gücləndirmək niyyətindədir və 24 yaşlı yarımmüdafiəçi prioritet namizədlər siyahısında yer alır.

Hazırda “İnter”in heyətində Türamın böyük qardaşı, hücumçu Markus Türam çıxış edir.

Qardaşların “Cüzeppe Meatsa” stadionunda eyni formada bir araya gəlməsi qarşıdakı yayın ən çox müzakirə olunan mövzularından biri ola bilər.

Fransalı futbolçunun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, cari mövsümdə komandasının heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular