Məşhur klubun satın alınması üçün yeni təklif hazırlanır

00:10 İtaliya 139
Məşhur klubun satın alınması üçün yeni təklif hazırlanır

Kriptovalyuta şirkəti “Tether” “Yuventus”un satın alınması ilə bağlı yeni təklif hazırlayır.

Daha əvvəl bildirilmişdi ki, şirkət Turin klubunu 1 milyard avrodan yuxarı qiymətləndirərək rəsmi təklif irəli sürüb.

Ancaq “Yuventus”un sahibi olan Anyelli ailəsi satış niyyətində deyil.

Sportinfo.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, kluba sahib olan “Exor” holdinqinin baş direktoru Con Elkann bu mövqeni belə ifadə edib:

“Yuventus” 102 ildir ailəmizin bir hissəsidir. Dörd nəsil bu klubu böyüdüb və möhkəmləndirib. Bizim tariximiz və dəyərlərimiz satılmır”.

“Tether” yaxın zamanda “Yuventus” üçün yeni və daha yüksək təklif təqdim etməyə hazırlaşır. Klubun real bazar dəyəri 2,1–2,6 milyard avro arasında dəyişir.

280 milyon avro həcmində borc nəzərə alındıqda isə səhmlər paketinin dəyəri 1,8–2,3 milyard avro aralığında qiymətləndirilir. Yeni təklifin “iqtisadi baxımdan əsaslandırılmış” olacağı gözlənilir.

Buna baxmayaraq, “Exor” holdinqi hələ də “Yuventus”u satmaq niyyətində deyil və məbləğin artırılması belə bu qərarın dəyişməsinə səbəb olmaya bilər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...