“Napoli” satmaq istəyirdi, qalmalı oldu– "Qarabağ”a qarşı oynaya bilər

3 Sentyabr 2025 04:30 İtaliya 904
“Napoli” satmaq istəyirdi, qalmalı oldu–

Leonardo Spinazzola “Napoli”də qalıb.

Sportinfo.az “Tuttosport”a istinadən xəbər verir ki, Neapol təmsilçisi italiyalı müdafiəçini “Əl-Hilal”a sataraq müəyyən gəlir əldə etmək istəyirdi.

İtaliya çempionu Spinazzolanın transferindən əldə edəcəyi məbləğlə “Atletiko”nun Aleksander Sörlotu heyətinə qatmaq istəyib. Amma bu, baş verməyib.

Spinazzola “Napoli”də qalıb və o, Çempionlar Liqasının liqa mərhələsinin “Qarabağ”la görüşündə meydanda ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"