"Mançester Yunayted"in hücumçusunu icarəyə götürdü - "Qarabağ"ın İtaliyadan olan rəqibi

2 Sentyabr 2025 21:40 İtaliya 808
"Mançester Yunayted"in hücumçusunu icarəyə götürdü -

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Napoli" (İtaliya) Rasmus Heylunnu "Mançester Yunayted"dən (İngiltərə) icarəyə götürüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçu sonradan satınalma şərti ilə "Napoli"yə keçib. Danimarka millisinin üzvü ilə 2026-cı ilin yayına qədər icarə müqaviləsi imzalanıb.

2023-cü ildə "Mançester Yunayted"ə transfer edilən R.Heylunn meydana çıxdığı 95 matçda 26 qola imza atıb. O, Danimarka millisinin heyətində 26 oyunda 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"