Tərəflər yeni müqavilənin şərtlərini razılaşdırdı - Maaşı artırılacaq

30 Avqust 2025 21:40 İtaliya 904
Tərəflər yeni müqavilənin şərtlərini razılaşdırdı - Maaşı artırılacaq

“Fiorentina”nın hücumçusu Moyze Kin klubla əməkdaşlığını davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq yeni müqavilənin şərtlərini razılaşdırıblar.

25 yaşlı forvardın maaşı artırılacaq, həmçinin, indiki məbləği 52 milyon avro olan transfer haqqı (sərbəstqalma qiyməti) yüksəldiləcək. Müqavilənin bu gün imzalanacağı gözlənilir.

Moyze Kin ötən ilin yayında “Yuventus”dan “Fiorentina”ya 13 milyon avroya transfer olunmuşdu. Onun hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

İtaliyalı hücumçu “Fiorentina”nın heyətində 46 oyunda iştirak edib, 25 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"