Transfer təklifini rədd etdilər - Biz onu satmırıq!

16 Avqust 2025 21:20 İtaliya 1 991
Transfer təklifini rədd etdilər - Biz onu satmırıq!

“Roma” “İnter”in Kuadio Kone ilə bağlı təklifini rədd edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubu Milan təmsilçisinə 24 yaşlı yarımmüdafiəçinin satılmadığını rəsmi olaraq bildirib.

Yeni baş məşqçi Can Pyero Qasperini fransalı futbolçunu komandanın əsas fiqurlarından biri kimi görür və onun üzərində ciddi planlar qurur.

Daha əvvəl Kone üçün “İnter”in təxminən 50 milyon avro ödəməyə hazır olduğu xəbərləri yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"