
“Atalanta”nın yarımmüdafiəçisi Ederson Lourenso karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Suveren Fond”u braziliyalı futbolçunun mümkün transferi üçün “Atalanta” ilə danışıqlara başlayıb.
26 yaşlı oyunçu “Əl-Hilal” və ya “Əl-Nəsr” klublarına qoşula bilər. Bildirilir ki, İtaliya təmsilçisi Edersonu 60 milyon avro məbləğində dəyərləndirir.
Müqavilənin yekunlaşdırılması bonuslarla birlikdə bu məbləğə yaxınlaşarsa, transferin baş tutma ehtimalı yüksəkdir.
Bundan əlavə, Avropanın bəzi top-klubları da Edersonu yaxından izləyir. O, son mövsümdə bütün turnirlərdə 49 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.