İşindən xoşları gəldi, təklif elədilər ki... Nə olar, 2 il də qal!

15:40 İtaliya 219
İşindən xoşları gəldi, təklif elədilər ki... Nə olar, 2 il də qal!

Patrik Vieyra hazırda baş məşqçisi olduğu “Cenoa” ilə yeni müqavilə imzalamağa yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni sözləşmənin müddətinin 2027-ci ilin ortalarına qədər qüvvədə olacağı bildirilir.

Fransalı mütəxəssisin hazırkı anlaşmasının vaxtı növbəti mövsümün sonunda başa çatacaq. O, 2024-cü ilin payızında “Cenoa”nın “sükanı arxasına” keçib.

“Cenoa” İtaliya A Seriyasının son mövsümündə 43 xal toplayaraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti