“Barselona”lı müdafiəçini transfer etdi - İtalyanlar

4 İyun 01:40 İtaliya 194
“Barselona”lı müdafiəçini transfer etdi - İtalyanlar

“Komo” “Barselona”nın futbolçusu Aleks Valyeni tam transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu bu ilin fevralından “Barselona”nın B komandasından icarə əsasında heyətinə qatdığı 21 yaşlı ispaniyalı müdafiəçinin satın alınması variantından yararlanıb.

“Barselona”nın yetirməsi olan Valye “Komo”nun heyətində A Seriyasında 15 matçda meydana çıxıb. Futbolçu 6 milyon avro dəyərində qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti