
“Real”dan ayrılan xorvatiyalı yarımmüdafiəçi Luka Modriç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportinfo.az “La Repubblica”-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu “Milan”la razılığa gəlib və tərəflər arasında bir illik müqavilə üçün danışıqlar aparılır.
Digər mənbələr isə bu xəbəri təkzib edib. Belə ki, Modriç bir neçə klubdan təklif alsa da, hələ də son qərarını verməyib.
Xorvatiyalı futbolçu 2024/25 mövsümündə La Liqada 35 oyuna çıxıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, yaşına baxmayaraq, hələ də yüksək səviyyədədir və bir çox klubun maraq dairəsində qalır.