
“Napoli”nin baş məşqçisi Antonio Konte gələn mövsüm də sonuncuda əldə edilən uğuru davam etdirmək niyyətindədir.
Kontenin komandası son mövsümdə A Seriyasının çempionu olub.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, “Napoli”nin çalışdırıcısı klub rəhbərliyindən İtaliyanın digər top-klublarından iki müdafiəçinin transfer edilməsini tələb edir.
Söhbət “Yuventus”dan Federiko Qatti və “Atalanta”dan Corco Skalvinidən gedir.
Bundan əlavə, daha əvvəl “Napoli”nin Kevin De Bruyneni transfer etməyə çox yaxın olduğu bildirilmişdi.
Belçikalı yarımmüdafiəçi “Mançester Siti”dən ayrıldıqdan sonra azad agent statusu alıb. Klub həmçinin, “Mançester Yunayted”in vingeri Alexandro Qarnaçonu da heyətinə qatmaq istəyir.