Paytaxt klubunda köhnə-yeni baş məşqçi dönəmi başladı

3 İyun 00:00 İtaliya 216
Paytaxt klubunda köhnə-yeni baş məşqçi dönəmi başladı

“Latsio”nun yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi sabiq çalışdırıcısı Mauritsio Sarrini yenidən bu posta qaytarıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sarri elə bu gün istefaya göndərilmiş Marko Baronini əvəz edib.

66 yaşlı mütəxəssis 2021-2024-cü illərdə Roma kollektivini çalışdırıb. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümünü ikinci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti