İsveçli hücumçu üçün hərəkətə keçdi - “Yuventus”

1 İyun 00:00 İtaliya 185
İsveçli hücumçu üçün hərəkətə keçdi - “Yuventus”

“Yuventus” növbəti transferi həyata keçirməyə hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisinin “radar”ında Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş yer alıb.

“Yuventus”un texniki direktoru Kristiano Gintoli hələ də “Napoli”nin futbolçusu Viktor Osimheni komandada görmək istəyir, ancaq turinlilər başqa bahalı bir variantı da nəzərdən keçirirlər.

“Yuventus” artıq İsveç millisinin üzvü ilə əlaqə qurub. Ona başqa bir çox top-klublar da maraq göstərir. Gintoli inamla düşünür ki, belə səviyyəli forvard komandaya böyük fayda verə bilər.

26 yaşlı hücumçu 2024/25 mövsümündə “Sportinq”də 52 oyunda 54 qol vurub və 13 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti