Baş məşqçini saxlamaq üçün klub rəhbəri nə TƏKLİF EDİR?

30 May 00:00 İtaliya 170
Baş məşqçini saxlamaq üçün klub rəhbəri nə TƏKLİF EDİR?

“Napoli” rəhbərliyi baş məşqçi Antonio Konteyə maaşının artırılması ilə yeni müqavilə təklif edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun prezidenti Aurelio de Laurentis Konteni saxlamaq üçün əlindən gələni edir.

Baş məşqçini saxlamaq üçün klub rəhbəri bütün səylərini “Mançester Siti”dən yarımmüdafiəçi Kevin de Bruyne ilə müqavilə bağlamağa sərf edib.

Konte 2024-cü ilin yayından “Napoli”yə rəhbərlik edir və ilk mövsümündə komandanı çempionluq tituluna çatdırıb. 55 yaşlı mütəxəssisin klubla hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar