La Liqa klubunun hədəfindədir – Argentinalı forvard

29 May 22:40 İtaliya 818
La Liqa klubunun hədəfindədir – Argentinalı forvard

“İnter”in hücumçusu Lautaro Martines karyerasını İtaliya A Seriyasından İspaniyanın La Liqasına daşıya bilər.

Sportinfo.az xəbər vetir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Argentinalı forvarda “Atletiko” maraq göstərir. Transfer baş tutarsa, Martines madridlilərin hücum xəttində həmyerlisi Xulian Alvareslə tandem təşkil edə bilər.

Martinesin transfer dəyəri 95 milyon avro civarındadır. Onun “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna kimidir.

27 yaşlı hücumçu başa çatan A Seriyası mövsümündə 31 oyuna çıxaraq, 12 qola və 3 məhsuldar ötürməyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar