
Stefano Piolinin İtaliyaya mümkün qayıdışı ilə bağlı söz-söhbətlər getdikcə güclənir.
Səudiyyə Ərəbistanı çempionatında üçüncü yeri tutan “Əl-Nəsr”in baş məşqçisinin gələcəyi hazırda sual altındadır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssislə son günlərdə “Atalanta” əlaqə saxlayıb.
“Milan”ın sabiq çalışdırıcısı haqqında “Yuventus” və “Roma” ilə bağlı yayılan şayiələrə baxmayaraq, bu klublardan heç biri rəsmi təklif göndərməyib.
Stefano Pioli 2023-cü ilin sentyabrında “Əl-Nəsr”in baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Həmçinin “Atalanta”nın da hazırkı baş məşqçisi Can Pyero Qasperini ilə yollarını ayırmağa yaxın olduğu bildirilir.