2,8 milyon avro maaşla müqavilə təklif olunur - Məşhur baş məşqçiyə

29 May 2025 12:00 İtaliya 771
2,8 milyon avro maaşla müqavilə təklif olunur - Məşhur baş məşqçiyə

İtaliya A Seriyasının iki klubu – “Latsio” və “Atalanta” Mauritsio Sarrini baş məşqçi postuna gətirməkdə maraqlıdır.

Sportinfo,az xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı məşqçiyə ən konkret təklif keçmiş komandası “Latsio”dan gəlib.

Klub rəhbərliyi onu illik 2,8 milyon avro məvaciblə komandaya qaytarmaq niyyətindədir.

Sarri 2021-2024-cü illərdə artıq “Latsio”da çalışıb.

Onun rəhbərliyi altında “Napoli”, “Çelsi” (UEFA Avropa Liqasının qalibi) və “Yuventus” (A Seriyasının çempionu) kimi komandalar da uğurlu çıxışlar edib. O, hazırda işsizdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti