“Əvvəlcə hər şey yaxşı idi, buraxılan qol gecəni bir az korlayır”

15 Yanvar 2025 22:00 İtaliya 912
“Əvvəlcə hər şey yaxşı idi, buraxılan qol gecəni bir az korlayır”

İtaliyada 19-cu turun təxirə salınmış oyunları baş tutub. “Yuverntus” “Atalanta” ilə qarşılaşıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, matçın ikinci hissəsinin əvvəlində “Yuventus”un qolunun müəllifi olan Pyer Kalulu oyundan sonra üzüldüyünü etiraf edib:

“Komandamız qələbəni qoruya bilmədi. Bərabərə qalmağımızın üzüntüsü var.

Əvvəlcə hər şey yaxşı idi. Buraxılan qol gecəni bir az korlayır.

Qola gəlincə, Ueston Makkeninin ötürməsindən sonra Şarl De Ketelare üçün geri qayıtmağın çətin olacağını bildim və şansım oldu. Mən cəhd etdim və hər şey alındı”.

“Yuventus” “Atalanta” ilə matçda bir xal qazanıb. Komandalar ikinci hissədə hərəyə bir dəfə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida