"Atalanta”nın və Niderland millisinin yarımmüdafiəçisi Ten Kopmeyners “Yuventus”a keçməyə yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar artıq 26 yaşlı yarımmüdafiəçinin 52 milyon avroya transferi ilə bağlı razılığa gəliblər.
6 milyon avro isə bonus olaraq ödənə bilər. Sabah niderlandlı futbolçu Turin klubunda tibbi müayinədən keçməlidir.
Kopmeyners 2021-ci ilin avqustunda “AZ Alkmar”dan 14 milyon avroya “Atalanta”ya gəlib.
O, bu müddət ərzində İtaliya klubunun heyətində 129 oyun keçirib, 29 qol vurub və 15 məhsuldar ötürmə edib.