Tanınmış məşqçi 72 yaşında karyerasını bitirdi

22 May 2024 21:40 İtaliya 832
Tanınmış məşqçi 72 yaşında karyerasını bitirdi

İtaliyalı məşqçi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.

Sportinfo.az “Tuttomercato”ya istinadən xəbər verir ki, sonuncu klubu 2023-cü ildən rəhbərlik etdiyi “Kalyari” olan italiyalıya təkliflər gəlsə də, o, yekun qərarını verib.

2023/24 mövsümündə Ranyerinin rəhbərliyi altında "Kalyari" İtaliya çempionatında 15-ci yeri tutub. 72 yaşlı mütəxəssis peşəkar karyerasını yekunlaşdırıb.

Ranyeri karyerası ərzində “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter”, “Sampdoriya”, “Valensiya”, “Atletiko”, “Çelsi”, “Fulhem”, “Uotford”, “Lester” klublarını çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO