İki qol vurdu, 20-ci dəfə çempion oldu - VİDEO+FOTO

24 Aprel 01:30 İtaliya 306
İki qol vurdu, 20-ci dəfə çempion oldu - VİDEO+FOTO

İtaliya A seriyasında 33-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında Milan derbisi baş tutub.

Şəhərin eyniadlı komandası əzəli rəqibi “İnter”i qəbul edib. 3 qolun vurulduğu matçda nominal qonaqlar qələbə qazanıb.

Bu qələbə sayəsində xallarının sayını 86-ya çatdıran “İnter” çempionluğunu rəsmiləşdirib. İkinci pillədəki “Milan” 69 xala malik olduğundan qarşıdakı 5 tur ərzində əzəli rəqibinə çatması mümkünsüzdür.

Bu, “neradzurra”nın tarixində 20-ci Skudettodur.

“Milan” - “İnter” 1:2

Qollar: Françesko Açerbi, 18 (0:1), Markus Türam, 49 (0:2), Fikayo Tomori, 80 (1:2)

Digər Xəbərlər
Xəbər Lenti