Baş məşqçi postuna italiyalını gətirməyi planlaşdırır - "Yuventus"

4 Aprel 2024 15:40 İtaliya 1 092
Baş məşqçi postuna italiyalını gətirməyi planlaşdırır -

“Yuventus” baş məşqçi axtarışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Massimiliano Alleqri postunu tərk edəcəyi təqdirdə “qoca sinyora” “Brayton”un çalışdırıcısı Roberto De Zerbini dəvət etməyi planlaşdırır.

Artıq onunla ilkin danışıqlar aparılıb. De Zerbi İngiltərə klubunu vaxtından əvvəl tərk edərsə, 15 milyon avro ödəməlidir. Turinlilər isə təzminat ödəmək istəmir.

44 yaşlı mütəxəssis isə "Brayton" rəhbərliyi ilə bu barədə danışacaq. Hazırda “Yuventus” İtaliya A seriyasında 3-cü pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"