karyerasını Premyer Liqada davam etdirmək istəyir - Nigeriyalı hücumçu

22 Fevral 2024 18:20 İtaliya 474
karyerasını Premyer Liqada davam etdirmək istəyir - Nigeriyalı hücumçu

“Napoli”nin hücumçusu Viktor Osimhen A Seriyasında mövsüm başa çatdıqdan sonra karyerasını harada davam etdirmək istədiyinə qərar verib.

Sportinfo.az xəbər verir ki, nigeriyalı İngiltərə Premyer Liqasında oynamağa üstünlük verib.

“Çelsi” oyunçu ilə fəal maraqlanır və London klubu üçün yay transfer pəncərəsində Osimhenin alınması əsas məqsəddir.

Neapollular 25 yaşlı hücumçu ilə müqaviləni 2026-cı ilin yayına kimi uzadıblar. Amma futbolçu gələn yay klubu tərk edə biləcəyini bildirib.

Osimhen bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 18 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi