“Mənə dedilər ki, müqaviləm hazırdır - Mövsümün sonunda karyeramı bitirəcəyimi düşünmürəm”

3 İyun 2023 00:00 İtaliya 321
“Mənə dedilər ki, müqaviləm hazırdır - Mövsümün sonunda karyeramı bitirəcəyimi düşünmürəm”

“Milan”ın forvardı Zlatan İbrahimoviç “Montsa”nın onunla maraqlanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, “Milan”ın futbolçusu olduğu üçün fəxr etdiyini deyib:

“Montsa”dan mənə dedilər ki, müqaviləm hazırdır, amma mən “Milan”ın oyunçusuyam. Doğrusu, bununla fəxr edirəm. Mövsümün sonunda karyeramı bitirəcəyimi düşünmürəm”.

Öncədən Lombardiya klubunun 41 yaşlı isveçli futbolçunu azad agent kimi transfer etmək istədiyi bildirilmişdi.

Zlatan cari mövsümdə Milan təmsilçisinin heyətində dörd oyuna çıxıb və bir qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı