“Sizcə, mən buna necə “yox, olmaz” deyə bilərəm?“ – KLUB PREZİDENTİ

29 May 12:00 İtaliya 411
“Sizcə, mən buna necə “yox, olmaz” deyə bilərəm?“ – KLUB PREZİDENTİ

“Napoli”nin prezidenti Aurelio De Laurentis baş məşqçi Luçano Spalettinin Neapol təmsilçisindən gedəcəyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, De Laurentis italiyalı mütəxəssisə təşəkkür edib:

“Spaletti mənə dedi ki, məzuniyyətə ehtiyacım var. Sizcə, buna necə “yox, olmaz” deyə bilərəm? O, bizə çox kömək oldu, təşəkkür edirəm!”

Neapol təmsilçisi 33 illik fasilədən sonra 2022/23 mövsümündə çempion olub. “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.

Spaletti 2021-ci ilin yayından Neapol təmsilçisini çalışdırır. O, karyerası ərzində “İnter”, “Roma”, “Udineze”, “Empoli”, “Sampdoriya”, “Zenit” kimi klublarda çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!