
Fabio Kannavaro B Seriyası komandasına rəhbərlik edə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “tvitter” hesabında məlumat yayıb.
49 yaşlı italiyalı B Seriyasında çıxış edən “Benevento”nun baş məşqçisi ola bilər. Bu, onun İtaliyada məşqçi kimi ilk təcrübəsi olacaq.
Kannavaronun son klubu 2021-ci ilin sentyabrında tərk etdiyi Çinin “Quançjou” komandası olub.