“3 gün düşünməli oldum və təklifi qəbul etmədim” - Mourinyo “Milan”ı aşağıladı

7 Yanvar 2022 22:00 İtaliya 770
“3 gün düşünməli oldum və təklifi qəbul etmədim” - Mourinyo “Milan”ı aşağıladı

A seriyasının 20-ci turunda “Milan” “Roma”ya qalib gəlib – 2:0.

Sportinfo.az xəbər verir ki, “Milan” azarkeşləri oyunun gedişində Mourinyonu fitə basıblar.

Qarşılaşmadan sonra portuqal mütəxəssis fikirlərini bildirib:

“3 il əvvəl məni “Milan”a dəvət etdilər. Onda3 gün düşünməli oldum və təklifi qəbul etmədim. Buna görə də çox xoşbəxt idim.

Bu gün baş verənlərdən sonra isə həmin qərarıma görə ikiqat xoşbəxt olduğumu deməliyəm”.

Mourinyo “Roma”ya 2021-ci ilin iyulundan başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik