Komanda xorvatiyalı baş məşqçiyə tapşırıldı - İtaliyada

16 Sentyabr 2021 00:28 İtaliya 455
Komanda xorvatiyalı baş məşqçiyə tapşırıldı - İtaliyada

“Verona”nın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra İqor Tudor çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyadan olan 43 yaşlı mütəxəssislə müddəti bu mövsümün sonuna kimi olan müqavilə imzalanıb.

Tudor son olaraq “Yuventus”da Andrea Pirlonun köməkçisi vəzifəsində çalışıb. O, “Verona”da ötən gün istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti