Dibala Barselonaya niyə gəlib?

25 Fevral 21:40 İtaliya 258
Dibala Barselonaya niyə gəlib?

“Yuventus”un futbolçusu Paulo Dibala Barselonaya gəlib.

Sportinfo.az xəbər verir ki, Dibala Ramon Kuqatudan məsləhət almaq üçün İspaniyaya yollanıb.

Onu klubun tibbi heyətinin əməkdaşı müşaiyət edir.

Məsələ burasındadır ki, argentinalı diz zədəsindən sonra bərpa prosesində irəliləyiş hiss etmir. Onun durumu “Yuventus”un baş məşqçisi Andrea Pirlonu da narahat edir.

Kuqat Dibalaya belə durumla bağlı məsləhət verəcək. Əgər vəziyyət ciddi olarsa, onda Dibalanın əməliyyat olunacağı gözlənilir.

Dibala yanvarın 10-da “Sassuola” ilə qarşılaşmada zədələnib. O, cari mövsümdə 16 oyunda meydana çıxıb, 3 qol vurub, 2 qol ötürməsi edib.

Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü