Elvinin “Boluspor”da debütü uğursuz alındı

8 Avqust 08:50 Bizimkilər 380
Elvinin “Boluspor”da debütü uğursuz alındı

Türkiyə birinci liqasında 2026/27 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, çempionatın açılış matçında Elvin Yunuszadənin bir neçə gün əvvəl transfer olunduğu “Boluspor” öz meydanında “Manisa”nı qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb.

Elvin Yunuszadə də bu matçın iştirakçısı olub. O, meydan start heyətində çıxmaqla “Boluspor”da rəsmi debüt edib.

Təcrübəli müdafiəçi 58-ci dəqiqədə əvəzlənib.

“Boluspor” - “Manisa” 1:2
Qollar:
Kaçmaz, 7 (1:0), Anziani, 35-pen. (1:1), Lindseth, 45+4 (1:2)

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM