Məmmədov Avroliqanın oyununda meydana çıxdı, “Pafos” uduzdu

14:20 Bizimkilər 184
Məmmədov Avroliqanın oyununda meydana çıxdı, “Pafos” uduzdu

Murad Məmmədov “Pafos”un (Kipr) heyətində Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda meydana çıxıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı vinger Avstriyada “Zaltsburq”a qarşı keçirilən matçın 80-ci dəqiqəsində Aleksandre Britunun əvəzinə oyuna daxil olub.

“Pafos” səfər görüşündə rəqibinə 0:1 hesabı ilə uduzub. Matçın yeganə qolunu 88-ci dəqiqədə Tabakoviç vurub.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Limasol şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti