AFFA-nın baş katibinin müavini qonşu ölkədə haranı yoxladı?

02:50 Bizimkilər 74
AFFA-nın baş katibinin müavini qonşu ölkədə haranı yoxladı?

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov avqustun 8-9-da UEFA-nın matç direktoru qismində Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

UEFA tərəfindən ezam olunan Elçin Məmmədov ötən mövsüm Gürcüstan çempionu olan “İberiya” klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib.

Səfərin əsas məqsədi arenanın 2026/2027-ci illər mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsini qiymətləndirmək olub.

Səfər çərçivəsində “İberiya”nın nümayəndələri ilə görüş keçirilib. Görüşdə yeni mövsümdə qaydalara ediləcək dəyişikliklər müzakirə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!