Azərbaycan yığmasının hücumçusunun keçidi rəsmiləşdi

8 Avqust 00:30 Bizimkilər 329
Azərbaycan yığmasının hücumçusunun keçidi rəsmiləşdi

Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin “Erzurumspor”a keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu haqda Türkiyə klubunun “instaqram” hesabında məlumat paylaşılıb.

Tədbirdə Ərzurumun eyniadlı təmsilçisinin prezidenti Ahmet Dal da iştirak edib.

Rəsmi açılqlamada sözləşmənin detalları barədə məlumat verilməyib.

23 yaşlı forvard yeni klubunda 90 nömrəli formanı geyəcək.

Müqavilə ilə “Kolambus Kryu”a (ABŞ) məxsus olan Axundzadənin “Erzurumspor”a icarə əsasında qoşulacağı bildirilirdi.

N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!