Bolqarıstan çempionatında 14-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə “Lokomotiv” (Sofiya) ilə qarşılaşıb.
Matç qonaqların 2:0 hesablı başa çatıb.
Cəlal Hüseynov bu oyunun iştirakçısı olmayıb. 21 yaşlı mərkəz müdafiəçisi ehtiyatda qalıb.
“Arda” hazırda 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.