“Ronaldonu dayandırmağın yolunu bilsəydim...”

16 Yanvar 2021 19:00 İtaliya 658
“Ronaldonu dayandırmağın yolunu bilsəydim...”

“İnter”in müdafiəçisi Alessandro Bastoni A seriyasının XVIII turunda “Yuventus”la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu “qoca sinyora”nı mövsümün favoriti hesab edir.

İtaliya millisinin üzvü rəqibin portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu dayandırmaqda çətinlik çəkəcəklərini də vurğulayıb:

“Yuventus” uzun illərdir İtaliya çempionluğunu qazanır. Ancaq keçən il Antonio Kontenin gəlişi ilə "Skudetto"nu fəth etmək yolumuz başladı. Böyümək istəyirik,

“Yuventus”u çətin vəziyyətdə qoymağa çalışacağıq. Uzun müddətdir çempionatda hakim olduğunu nəzərə alsaq, “Skudetto”nun favoriti yenə “Yuventus”dur.

Onların hücumçusu Kriştianu Ronaldonu necə dayandırmaq olar? Bunun yolunu bilsəydim... Güclü rəqibə qarşı komanda işi göstərməliyik”.

Yanvarın 17-da keçiriləcək “İnter” – “Yuventus” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!