“Milan” İbrahimoviçlə danışıqlara hələ başlamayıb

30 May 2025 00:28 İtaliya 1 149
“Milan” İbrahimoviçlə danışıqlara hələ başlamayıb

“Milan”ın idman direktoru Frederik Massara komandanın hücumçusu Zlatan İbrahimoviçin gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi isveçli hücumçu ilə danışıqlar aparılmadığını açıqlayıb:

“Hələ ki, onunla danışıqlara başlamamışıq. Bunu doğru zamanda edəcəyik. Hər şey onun həvəsinə, istəyinə bağlı olacaq. Ümid edirik ki, onun “Milan” arzusu uzun müddət davam edər”.

39 yaşlı isveçli futbolçunun “Milan”la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti