"Real"ın hücumçusu 6 ay həbsdə "yatacaq"?

24 Oktyabr 2020 09:56 İspaniya 484
"Real"ın hücumçusu 6 ay həbsdə "yatacaq"?

“Real”ın serbiyalı futbolçusu Luka Yoviç ölkəsində həbs edilə bilər.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu mart ayında Belqradda karantin qaydasını pozmaqda ittiham olunur.

Ona 6 aylıq həbs cəzası verilə bilər.

Martın 19-da İspaniyadan Serbiyaya gedən Yoviç 28 gün karantində qalmalı olsa da, Belqrad küçələrində görünüb.

Yoviçin bir müddət əvvəl ödədiyi 30 min avro cərimənin onun cəzasını yüngülləşdirəcəyi bildirilib. Futbolçu ev dustaqlığı cəzası da ala bilər.

Digər Xəbərlər
Xəbər Lenti