"Real Madrid" doğma məkandan ayrı düşdü

2 İyun 2020 15:04 İspaniya 416
"Real Madrid" doğma məkandan ayrı düşdü

Real" cari mövsümün qalan oyunlarını "Santyaqo Bernabeu" stadionunda keçirməyəcək.

Sportinfo.az xəbər verir ki, matçlara "Alfredo Di Stefano" stadionu ev sahibliyi edəcək. Bu barədə "Real"ın prezidenti Florentino Peres məlumat verib: "Mövsümün qalan ev oyunlarını "Alfredo Di Stefano" stadionunda keçirmək qərarına gəldik. Bu qərar sayəsində "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işlərini davam etdirə biləcəyik".

"Alfredo Di Stefano" stadionu Madrid klubunun rezerv komandası - "Kastilya"ya məxsusdu. Hazırda "Real"ın "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparılır. Ümumi layihənin "kral klubu"na 570 milyon avroya başa gələcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti