Osman "Yuventus"a doğru

27 May 2020 11:06 İspaniya 429
Osman "Yuventus"a doğru

“Barselona” Osman Dembeleni göndərməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu “Yuventus”a Miralem Pyaniçlə fransalı oyunçunu dəyişməyi təklif edir.

Turin klubunun Kataloniya təmsilçisinin bu təklifinə müsbət yanaşdığı bildirilir. Baş məşqçisi Kike Setyen də 23 yaşlı futbolçunun gündərilməsinə etiraz etmir.

Bununla yanaşı, “Barselona” Neymar və ya Lautaro Martinesi də heyətinə qatmaqda israrlıdır. Bunun üçün də rəhbərlik Pyaniç üçün əlavə pul ödəmək istəmir.

Dembele bu günə qədər komandada 74 matç keçirib və 19 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti